Təşkilat Komitəsinin Elanı

Əziz şahmatçılar,

Nəzərinizə çatdırırıq ki, 03 may 2026-cı il tarixində keçirilməsi planlaşdırılan 6-cı turun oyunları əvvəlcədən nəzərdə tutulmuş vaxtdan fərqli olaraq, saat 15:30-da start götürəcəkdir.

Qeyd edək ki, həmin tarixdə şəhər ərazisində keçiriləcək “Bakı Marafonu – Küləyə qalib gəl” tədbiri ilə əlaqədar olaraq bir sıra mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır. Yaranmış vəziyyət nəzərə alınaraq, Təşkilat Komitəsi tərəfindən turun başlama vaxtında dəyişiklik edilməsi barədə qərar qəbul edilmişdir.

Anlayışınıza görə təşəkkür edirik.

azAZ