Qeydiyyatın təsdiqi

Əziz iştirakçılar,

Məlumat üçün bildiririk ki, Əsasnaməyə əsasən “Baku Open – 2026” beynəlxalq şahmat festivalında qeydiyyatın təsdiqi 27 aprel 2026-cı il tarixində saat 10:00-dan 20:00-dək yarışın keçiriləcəyi Bakı Kristal Zalında həyata keçiriləcəkdir.

Qeydiyyatın təsdiqi üçün şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsi, FIDE ID-nin bildirilməsi və üzvlük haqqının (C qrupu üzvlük haqqından azaddır) nağd formada ödənilməsi tələb olunur.

Nəzərinizə çatdırırıq ki, 27 aprel 2026-cı il tarixinədək qeydiyyatını təsdiq etməyən şahmatçıların adları iştirak siyahısından çıxarılacaq və püşkatmaya daxil edilməyəcəklər.

Həmçinin, yarışda iştirak etməyəcəyiniz təqdirdə bu barədə yarışın başlanmasına ən geci 3 gün qalmış bakuopen@chess.az elektron poçt ünvanına yazılı şəkildə məlumat verməyiniz xahiş olunur. mailto:bakuopen@chess.az no later than 3 days before the start of the competition.

Vacib qeyd: AŞF-nin "Şahmatçıların etik davranış qaydaları"na əsasən qeydiyyatdan keçmiş şahmatçılar iştirakdan imtina etdiyi halda bu barədə yarışın başlamasına ən azı 3 gün qalmış təşkilat komitəsinə məlumat verməlidir. Əks halda şahmatçı barədə cəza tədbirləri həyata keçirilə bilər. Etik davranış qaydaları ilə tanış olmaq üçün: https://asf.org.az/files/shares/EtikDavranishQaydalari.pdf

Poster süni intellektlə hazırlanıb.

azAZ